Modern.az

“Dövlət strukturları daha Paşinyana tabe olmur”

“Dövlət strukturları daha Paşinyana tabe olmur”

6 Dekabr 2020, 00:14

"Nikol Paşinyanın başqa çıxış yoxdur, o, mütləq istefaya getməyə məcburdur".

 

Modern.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, "Ayrenik" ("Vətən") Partiyasının sədri Artur Vanesyan deyib.

 

Onun sözlərinə görə, əgər Nikol Paşinyan 8 dekabr saat 12:00-yə qədər istefaya getməsə, xalq öz tələbini itaətsizlik aksiyaları ilə təqdim edəcək.

 

"Paşinyanı mümkün qədər tez kənarlaşdırmaq üçün qanunla nəzərdə tutulmuş bütün addımların atılmasına təşəbbüs göstərəcəyik", - "Vətən" Partiyasının lideri bildirib.

 

İtaətsizlik olacağı təqdirdə hüquq-mühafizə orqanlarının həbsləri həyata keçirməyə başlayacağı ilə bağlı təhlükənin olub-olmayacağı barədə suala cavabında Artur Vanesyan bildirib ki, Ermənistan Respublikasında yalnız hüquq-mühafizə sistemi deyil, həm də dövlət strukturları daha Nikol Paşinyana tabe olmur.

 

"Polis öz işini yerinə yetirir, Nikol Paşinyanın yox, bizim hamımızın təhlükəsizliyini təmin edir", - deyə Artur Vanesyan bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi