Türkiyə Ordusu İraqın şimalında PKK terror qruplaşmasının bir neçə silahlısını zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PKK terrorçularının mövqeləri kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilib. Qara bölgəsində keçirilən hava əməliyyatı nəticəsində qruplaşmanın 4 terrorçusu məhv edilib.
Nazirlik PKK-ya qarşı antiterror əməliyyatının effektiv və qətiyyətlə davam etdirildiyini vurğulayıb.