Modern.az

Şirvanda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Şirvanda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Aktual

6 Dekabr 2020, 11:08

Şirvanda bir həftə əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.  

 

Modern.az-ın məlumatına görə, noyabrın 28-də Şirvan sakini idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Kamilova Ziyafət Ədalət qızını vurub.

 

Ağır xəsarətlər alan piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə, daha sonra paytaxdakı özəl klinikalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq ağır xəsarətlər alan 58 yaşlı qadın bu gün səhər saatlarında keçinib. (APA)

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!