Modern.az

Şəhid Rauf Babayev Xaçmazda dəfn olunub

Şəhid Rauf Babayev Xaçmazda dəfn olunub

Aktual

6 Dekabr 2020, 23:00

Xaçmaz bu gün daha bir şəhidini qəbul edib.

 

Modern.az xəbər verir Xaçmaz şəhər sakini,19 yaşlı Rauf Fəxrəddin oğlu Babayev şəhər qəbristanlığında dəfn edilib.

 

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Rauf Babayevi son mənzilə rayon rəsmuləri,ictimaiyyət nümayəndələri,sakinlər yola salıb.

 

Xaçmaz İH başçısı Elnur Rzayev şəhidin cənazəsi bükülmüş Azərbaycanın üçrəngli bayrağını şəhidin atasına təqdim edib. İcra başçısı belə igid oğulların xatirəsinin həmişə əziz tutulacağını və onların heç vaxt unudulmayacağını deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI