Modern.az

Deputatdan şəhid ailələri və qazilərlə bağlı vacib TƏKLİFLƏR

Deputatdan şəhid ailələri və qazilərlə bağlı vacib TƏKLİFLƏR

7 Dekabr 2020, 22:16

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü onlyan iclasında koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri və müharibə veteranlarının, qazilərin və şəhid ailələrinn sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair təklif və mülahizələr bağlı dinləmə keçirilib.

 

Bu barədə Modern.az-a deputat Vüqar Bayramov məlumat verib.

 

Millət vəkili iclasda şəhid ailələri və müharibə əlillərinin sosial təminatı və bu istiqamətdəki təkliflər ilə bağlı çıxışı edib:

 

"Hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20, müharibə əlilləri üçün 12 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur.

Hər iki istiqamət üzrə dövlət qayğısının daha da artırılması üçün ölkə qanunvericiliyində bir sıra dəyişiklikləri edilməsini təklif etdim.

 

Birincisi, məşğulluq haqqında qanunun 4-cü maddəsinin 4.1.3-cü bəndinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul hesab olunurlar. Bu bir sıra hallarda şahid ailələri və müharibə əlillərinin sosial proqramlarına çıxış imkanlarını məhdudlaşdırır. Nəzərə alsaq ki, xeyli sayda şahid ailələri və müharibə əlillərinin pay torpaqları var və onlar məhz bu səbəbdən məşğul hesab olunurlar.

 

Təklif edirik ki, qanunun 4.1.3. maddəsinə aşağıdakı redaktə verilsin:

“Sahibkarlar, şəhid ailələri və müharibə əlilləri istisna olunmaqla mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri” məşğul hesab olunurlar. Bu həmin ailələrin bütün sosial proqramlarına çıxış imkanını genişləndirə bilər".

 

İkinci təklif müharibə əlillərinin güzəştli ipoteka krediti almaq hüququnun verilməsi ilə bağlı olub:

 

"Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası təsdiq edilib. Həmin sənədin 3-cü maddəsində ipoteka kreditinin verilməsinə dair tələblər müəyyənləşir.  Təklif edirik ki, qanunvericiliyə dəyişiklik edilsin və 3.2.1. maddəsində gənc ailənin üzvü olan aşağıdakı şəxslər siyahısına mharibə  əlilləri ayrıca əlavə olunsun ki, onlar güzəştli ipotekadan istifadə edə bilsinlər.

 

Üçüncüsü, şəhid ailə üzvləri üçün güzəştlər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunla (3 sentyabr 1993) tənzimlənir. Bu qanun şəhid ailələri üçün çoxlu sayda güzəştlər nəzərdə tutur və reallaşdırılır. Eyni zamanda, müharibə əlilləri üçün güzəştlər “Əlillərin sosial müdafiəsi haqqında qanunla” (25 avqust 1992-ci il) tənzimlənir.

 

Məsələn, şəhid alilərinin hüquqları kimi “dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar” bu müharibə əlillərinin övladlarına da şamil oluna bilər. Daha yaxşı olar ki, müharibə əlilləri ilə bağlı güzəştlər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna daxil edilsin və qanun “Şəhid adının əbədiləşdirilməsi, şəhid ailələri  və müharibə əlillərinə edilən güzəştlər haqqında” qanun kimi yenidən işlənsin".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI