Modern.az

Türkiyədə koronavirusdan rekord sayda ölüm

Türkiyədə koronavirusdan rekord sayda ölüm

9 Dekabr 2020, 22:23

Türkiyədə koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 217 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

 

Nazir qeyd edib ki, son 24 saatda 204 411 nəfər koronavirus testindən keçib, 6213 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 31712 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.  

 

 

Qeyd edək ki, Türkiyədə bu günədək 558 517 nəfər koronavirusa yoluxub, onlardan 15531 nəfəri vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI