Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, təltif olunan hərbi qulluqçular arasında şəhid Milli Qəhrəman Şükür Həmidov da var.
Sərəncama əsasən, Həmidov Şükür Nəriman oğlu – polkovnik (ölümündən sonra) “Zəfər” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Şükür Həmidov Vətən Müharibəsində Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Şükür Həmidov doğulduğu Qubadlı rayonunun Armudlu kəndini şəhid olmazdan öncə gördü, kəndlərində pirə nəzir qoydu və vətənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.