Modern.az

Üç Dövlət Xidmətinin rəisi təltif edildi - SƏRƏNCAM

Üç Dövlət Xidmətinin rəisi təltif edildi - SƏRƏNCAM

9 Dekabr 2020, 23:10

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.


Modern.az
 xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu təltif edilib:


Təltif edilənlər arasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov da var.

Onlar “Zəfər” ordeni ilə təltif edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI