Modern.az

Məhəmməd Salahdan bir qolla iki rekord

Məhəmməd Salahdan bir qolla iki rekord

9 Dekabr 2020, 23:45

Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb.

 

Modern.az xəbər verir ki, misirli hücumçu İngiltərə klubunun iki rekordunu yeniləyib.

 

Çempionlar Liqasının qrup mərhələsinin VI turunun “Midtülland”la hazırda davam edən matçında Salah 55-ci saniyədə danimarkalıları məyus edib. Bu, “Liverpul”un qitənin ən nüfuzlu klub turnirində ən erkən qoludur.

 

Bu, Məhəmmədin Çempionlar Liqasında “Liverpul” formasında vurduğu 22-ci qol olub. Afrikalı forvard bununla da Stiven Cerrardın rekordunu keçərək klubun ən yaxşı bombardiri adına yiyələnib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI