Modern.az

Mingəçevir Turizm Kollecinin 5 tələbəsi şəhid olub

Mingəçevir Turizm Kollecinin 5 tələbəsi şəhid olub

Aktual

10 Dekabr 2020, 10:52

Dövlət Turizm Agentliyinin tabeliyindəki Mingəçevir Turizm Kollecinin 5 tələbəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Modern.az xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev bildirib.

 

Sədr onlarla qürur duyduqlarını qeyd edib: "Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir və hər birini qürurla anırıq!"

 

Xatırladaq ki, sentyabrın 27-dən noyabrın 9-na qədər davam etmiş Vətən müharibəsində 2 783 hərbçimiz şəhidlik zirvəsinə yüksəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi