Modern.az

Səfir Azərbaycan xalqını təbrik etdi

Səfir Azərbaycan xalqını təbrik etdi

Aktual

10 Dekabr 2020, 12:40

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdukərimov Azərbaycan xalqını təbrik edib. Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:


“Mən bütün Azərbaycan xalqınının bu sevincli günü, Vətən Müharibəsində qazandığı möhtəşəm  Zəfər münasibəti ilə  qardaş qazax xalqı adından təbrik edirəm, xalqımın səsmimi arzularını sizə çatdırıram. Azərbaycan tarixi ədaləti  və çoxdan  gözlədiyimiz  ərazi bütövlüyünü bərpa etdi. Biz  hamımız bu  şərəfli və parlaq uğurun şahidi olduq. Biz hamımız başda Ali Baş Komandan, Prezidenti İlham Əliyev olmaqla   rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan qələbənin şahidi olduq.  Onun taktiki gedişləri,  effektiv strategiyası, dəmir iradəsi və xalqın yenilməz qüruru ilə bu qələbə qazanıldı. Azərbaycan öz  ərazi bütövlüyünü beynəlxalq hüquqa,   BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı qətnamələrə uyğun olaraq öz ərazi bütövlüyünü təmin etdi. Mən bu Zəfər günündə  Vətən müharibəsində  canlarını qurban verən şəhidlərin  ailələrinə başsağlığı verir, döyüşlərədə yaralananlara isə tezliklə sağlamlıqlarına qovuşmasını arzulayıram”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi