Modern.az

Azərbaycanda bahalaşan məhsulların ADLARI

Azərbaycanda bahalaşan məhsulların ADLARI

10 Dekabr 2020, 18:20

Ötən ay ərzində Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, soğanın, sarımsağın, şəkər tozunun qiymətində baş verib.

 

Ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, şabalıdın, kələmin, balqabağın, yerkökünün qiymətlərində müşahidə olunub. 

 

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi