Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Hidayətzadə Sevinc Əjdər qızı yolun qadağan olunmuş hissəsindən keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona sol diz oynağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.