Modern.az

Sumqayıtda iki obyekt yandı

Sumqayıtda iki obyekt yandı

10 Dekabr 2020, 23:26

Sumqayıt şəhərində ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan mebel sexinin yanar konstruksiyaları və sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının taxtadan ibarət dam örtüyü 2 m² sahədə yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI