Modern.az

Ziyafət Əsgərov: Yeni tarixi mərhələ başlayır

Ziyafət Əsgərov: Yeni tarixi mərhələ başlayır

11 Dekabr 2020, 11:30

“Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatları başlamışdı. Bundan sonra Prezident İlham Əliyev bütün ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzaladı və bu fərmanı Milli Məclisə göndərdi”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Ziyafət Əsgərov deyib.

Deputatın sözlərinə görə, Ali Baş Komandanın döyüş əmrlərini icra edən Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi:

“Ordumuz 44 gün ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsinə nail oldu. Nəticədə Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında qələbə qazandı. 28 il həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Yeni tarixi mərhələnin başlaması fonunda Prezident İlham Əliyev 7 dekabr tarixində hərbi vəziyyətin ləğv edilməsi barədə fərman imzalayıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi