Modern.az

Azərbaycan mənim ürəyimdir - VİDEO

Azərbaycan mənim ürəyimdir - VİDEO

Aktual

12 Dekabr 2020, 01:22

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.

 

Modern.az-ın hazırladığı videoçarxda bildirilir ki, hər bir xalqın xilaskarı olan dahi şəxsiyyətlər var.

Azərbaycan çox xoşbəxdir ki, ona Heydər Əliyev kimi siyasi xadim rəhbərlik edib.

 

Onun milli lider və xalqın məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda həyat öz ritmini yaxşıya doğru dəyişdi. O, Azərbaycan xalqının firəvanlığı və dövlət müstəqilliyi uğrunda daim səylə çalışdı. Sözün əsl mənasında ömrünün çox hissəsini Azərbaycana fəda etdi. Heydər Əliyev həmişə işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına inanırdı. Onun davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi 10 noyabrda imzalanmış sənədlə sona çatdı və Azərbaycann ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi. Milli liderin dediyi kimi biz azadıq, müstəqilik, biz heç kəsdən asılı deyilik. 

 

Könül Hüseynova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi