Modern.az

Dünyanın ən yaxşısı "Mançester Yunayted"ə keçə bilər

Dünyanın ən yaxşısı

Aktual

12 Dekabr 2020, 09:23

İngiltərənin "Mançester Yunayted" futbol klubu İtaliyanın "Yuventus" komandasının hücumçusu Kriştiano Ronaldonu almaq üçün yarımmüdafiəçi Pol Poqba ilə əvəzləmə həyata keçirə bilər.

 

Modern.az-ın məlumatına görə, bu barədə "The Independent" qəzeti bildirib.

Məlumata əsasən, "Yuventus" 27 yaşlı P.Poqbanı "Qızıl top" mükafatına potensial namizəd sayır və 2012-2016-cı illərdə klubda oynamış bir oyunçunu yenidən almaq istəyir.

K.Ronaldonun komandanın lideri olmasına baxmayaraq, tələb edildiyi əmək haqqı "Yuventusun" yenidən qurma işlərinə başlamasına mane olduğu üçün İtalyan klubu buna qarşı çıxmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi