Modern.az

Azərbaycan polisinə yeni xidməti avtomobillər verildi

Azərbaycan polisinə yeni xidməti avtomobillər verildi

12 Dekabr 2020, 10:06

Daxili işlər orqanları əməkdaşlarına yeni avtomobillər verilib.

 

Modern.az-ın məlumatına görə, yeni pikap avtomobilləri müasir yeni mobil cihazlarla təmin olunub. Amerika istehsalı olan yeni avtomobillər artıq polislərə təqdim olunub. Avtomobillər əsasən post-patrul xidməti şəxsi heyəti üçün nəzərdə tutulub. Qabaqcıl dövlətlərin polis xidmətlərinin istifadə etdiyi bu avtomobillər daha cəld manevr qabiliyyətinə malikdir.

Azərbaycan polisi artıq yeni avtomobillərlə xidmətə başlayıblar.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi