"Metronun yeni açılacaq "8 Noyabr" stansiyasının istifadəyə verilməsi üçün tamamlanma işləri gedir".
Bu sözləri Modern.az-a Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, açılışın nə zaman olacağı hələlik məlum deyil:
“Nəzərə alın ki, hələlik pandemiya ilə əlaqədar sərt karantin rejimidir və metro 2021-ci il yanvarın 31-nə qədər istifadədə olmayacaq. Ona görə, açılışla bağlı dəqiq tarix söyləmək çətindir. Bunu müəyyənləşdirmək mənim səlahiyyətimdə deyil”.
Metro rəsmisinin sözlərinə görə stansiya üçün musiqi də hələlik seçilməyib.
Qeyd edək ki, metronun yeni 8 Noyabr stansiyası Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşir.
Mehri QURBAN