Modern.az

Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı intihar etdi

Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı intihar etdi

Aktual

12 Dekabr 2020, 18:00

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı intihar edib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, RİH-in Hüquq şöbəsinin məsləhətçisi, 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov özünü asaraq öldürüb.

 

Onun intihar etməsinin səbəbləri məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib. Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi