Modern.az

Paytaxtda qəza - FOTO

Paytaxtda qəza - FOTO

12 Dekabr 2020, 22:51

Bakının Nərimanov rayonunda 4 avtomobil toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində baş verib.

 

"Porsche" markalı avtomobil yüksək sürətlə əvvəlcə "Opel"ə, daha sonra hərəkətsiz dayanan "Hyundai" və "Toyota" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində "Opel"də olan sürücü bədən xəsarətləri alıb.

 

"Hyundai" markalı nəqliyyat vasitəsinin sürücüsünün verdiyi məlumata görə, "Porsche" markalı avtomobil yüksək sürətlə hərəkətdə olub.

 

"Porsche"nin sürücüsü və sərnişini isə APA-nın hadisə yerində olan əməkdaşının suallarına cavab verməkdən imtina edib.

 
 
 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi