Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Modern.az xəbər verir ki, yolun Yevlax rayonu ərazisindən keçən hissəsində yük avtomobili Gürcüstan dövlət nömrə nişanlı digər yük maşınına çırpılıb.
Qəza nəticəsində bir nəfər ölüb. Bu, 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarova Firuzə İsmayıl qızıdır.
Hadisə yerinə Dövlət Yol Polisi idarəsinin əməkdaşları və təcili tibbi yardım maşını cəlb olunub. Qəzada sürücülərdən biri xəsarət alıb.
Fakta bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən sərnişin 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Həsənov Rais Əli oğlunun idarə etdiyi yük maşınında olub. Onların olduğu avtomaşın 1958-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Levan Saxlianın idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını ilə toqquşub.