Modern.az

Mançester derbisində hesab açılmadı

Mançester derbisində hesab açılmadı

Aktual

13 Dekabr 2020, 00:12

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda oynanılıb. İki şəhərin klubları - “Mançester Yunayted” və “Mançester Siti” komandaları üz-üzə gəlib. Oyun hər iki komandaların qarşılıqlı hücumları ilə başlayıb. Buna baxmayaraq ilk hissədə hesab açılmayıb.

 

Fasilədən sonra matçın 48-ci dəqiqəsində meydan sahibləri penalti vurmaq şansı qazanıb, lakin baş hakim Kris Kavana VAR (videonəzarət) sisteminə baxdıqdan sonra cərimə zərbəsini ləğv edib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab açılmayıb.

 

Bu nəticədən sonra xal ehtiyatını 20-ə çatdıran “Mançester Yunayted” 11-ci, 19 xalı olan “Mançester Siti” isə 12-ci yerdə qərarlaşıb.

 

Növbəti turda “qırmızı şeytan”lar səfərdə “Şeffild Yunayted”ə, “şəhərli”lər isə səfərdə “Vest Bronviç”ə qarşılaşacaq.

 

Bu komandalar Premyer Liqada 150 dəfə üz-üzə gəliblər. Onların 58-də “Mançester Yunayted”, 45-də isə “Mançester Siti” qalib gəlib. Qırx yeddi oyunda isə heç-heçə qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi