Modern.az

Gürcüstan Ermənistana gedən yolu yenidən bağladı

Gürcüstan Ermənistana gedən yolu yenidən bağladı

Aktual

13 Dekabr 2020, 09:46

Gürcüstan Ermənistana gedən magistral yolları yenidən bağlayıb və cənub qonşusu ilə avtomobil yolları əlaqəsini tamam kəsib.

 

Modern.az Ermənistan mediasına istinadla xəbər verir ki, buna səbəb hər iki ölkə ərazisində yağan güclü qar və yolların buz bağlamasıdır. Yolların nə zaman açılacağı isə bəlli deyil. 

 

Ermənistan Fövqəladə Hallar Nazirliyi isə şimal istiqamətindəki yolları təmizləmək üçün texnika çatışmadığını dilə gətirib. 

 

Tural

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi