Modern.az

Gürcüstanda virusdan ölənlərin sayı yenə artdı

Gürcüstanda virusdan ölənlərin sayı yenə artdı

Aktual

13 Dekabr 2020, 11:11

Ötən sutka Gürcüstanda daha 2 720 nəfərə koronavirus diaqnozu qoyulub, 3 942 nəfər sağalaraq evə buraxılıb, 46 pasiyent isə vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

 

Hazırkı dövrədək qonşu ölkə üzrə təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 189 726 təşkil edir. Yoluxan şəxslərin 158 183-ü sağalıb, 1 790-ı isə ölüb.

 

Karantin zonalarında 1 010, stasionar nəzarətdə 6 869 nəfər saxlanılır. 3 077 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi