Bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 361,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 60,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər.
Modern.az xəbər verir ki, sahələrdə yaş tütün yarpağının dərimi başa çatıb. İndiyədək rayonda 786 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 773 tonu artıq tədarük müəssisələri tərəfindən alınıb və proses davam edir.