Modern.az

Azərbaycanlı dünya çempionu erməni güləşçini yerdən-yerə vurdu

Azərbaycanlı dünya çempionu erməni güləşçini yerdən-yerə vurdu

Aktual

13 Dekabr 2020, 14:59

Güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb.

 

Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. 

 

Qeyd edək ki, Eldəniz 1/8 finalda Sebastyan Kolompara (Serbiya) 9:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda Emin Seferşayevə (Rusiya) uduzub - 1:9. Rəqib finala çıxdığından təmsilçimiz medal uğrunda mübarizəni davam etdirib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi