“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik edilir.
Modern.az-ın məlumatına görə, qanun layihəsi kommersiya təşkilatları tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur.
Orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi qaydasının iri sahibkarlıq subyektləri ilə eyni hüquqi rejimə gətirilməsi. Hazırda mühasibat uçotunun aparılması baxımından iri və orta sahibkarlıq subyektləri fərqlidir. Eyni zamanda orta sahibkarlıq subyektlərinin (ictimai əhəmiyyətli qurumlar, iri büdcə təşkilatları publik hüquqi şəxslərdə olduğu kimi) baş mühasiblərinə dair tələblər də gücləndirilir və onlara dair peşəkar mühasib tələbinin irəli sürülməsi təklif olunur.
Kiçik sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən aparılması və bununla da kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi qaydasının daha da təkmilləşdirilməsi. Belə ki, Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilən hallarda kiçik sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının tərtib edilməsi məcburiliyi nəzərdə tutulur