Modern.az

Qafqazşünaslıq İnstitutundan dəyərli əsər

Qafqazşünaslıq İnstitutundan dəyərli əsər

Aktual

13 Dekabr 2020, 16:20

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı və institutun əməkdaşlarıf.ü.f.d., dos. Vahid Ömərov, Naziyə Məmmədova, Samirə Həbibbəyli və Kamal Salayevin yazdıqları “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr –XXI əsrin əvvəlləri” adlı irihəcmli əsər nəşr edilib.

 

12 fəsildən ibarət olan kitabda Gürcüstana ermənilərin məqsədyönlü şəkildə köçürülməsi, yarandığı dövrdən XXI əsrin əvvəllərinədək erməni təşkilatlarının fəaliyyətləri,onların Gürcüstan ərazisindəki tarixi, maddi-mədəni abidələri mənimsəmək, ərazi iddiaları cəhdləri  və b. məsələlər müxtəlif ölkələrin mötəbər arxiv mənbələri, təkzibedilməz fakt və materialları əsasında tədqiq edilib.

 

 Əsərin I fəslində  ermənilərin Gürcüstana gəlişinin başlanması, XIX əsrdə ermənilərin Gürcüstana kütləvi köçürülməsi, gürcülərin qriqorianlaşdırılması və erməniləşdirilməsisəyləri araşdırılıb.

 

Erməni terror-siyasi təşkilatları olan Qncak və Daşnaksütyunun qurulması, məqsədləri və Tiflis quberniyasındakı fəaliyyətləri, 1903-1914-cü illərdə erməni təşkilatlarının gürcü əsilli məmurlara qarşı terror aktları və törətdikləri qırğınlar, Birinci Dünya müharibəsi illərində gürcülər əleyhinə hərəkətləri, 1918-ci ildə Gürcüstanın dövlət  müstəqilliyinin elan edilməsinə erməni xadimlərinin düşmən münasibəti,1918-1920-ci illərdə Gürcüstan Demokratik Respublikası əleyhinə fəaliyyətləri, ermənilərin Gürcüstana yerləşdirilməsi, Daşnak Ermənistanının Gürcüstana ərazi iddiaları, hərbi təcavüzününü başlanması, gedişi və nəticələriəsərin II və III fəsillərindətədqiq edilib.

 

Əsərin IV fəslində 1921-ci ildə Gürcüstanın dövlət müstəqilliynin itirilməsində ermənilərin və Ermənistan SSR-in rolu, ermənilərin Gürcüstan ərazisinə yeni köçləri, Gürcüstan əleyhinə fəaliyyətləriaraşdırılıb.

 

 Ermənistanın, xarici ölkələrdəki erməni diasporası və lobbisinin Gürcüstandakı erməni təşkilatlarına, kütləvi informasiya vasitələrinə təsiri məsələləri əsərin V fəsildə öyrənilib.

 

Əsərin VI fəslində 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra  Gürcüstanda erməni icması və təşkilatlarınınstrukturu, məqsədlərivə fəaliyyət üsulları araşdırılıb.

 

Gürcüstandakı erməni kilsələri, məktəbləri və kütləvi informasiya vasitələrinin fəaliyyəti əsərin VII fəslində tədqiq edilib.

 

Əsərin VIII fəslində mötəbər fakt və materiallar əsasında sübut olunur ki, müasir şəraitdə erməni təşkilatlarının Gürcüstana qarşı əsassız ərazi iddiaları mövcuddur və erməniseparatizmi bu ölkənin milli təhlükəsizliyinə təhdiddir. Fəsildə həmçinin Erməni təşkilatlarının Gürcüstanın Abxaziya, Samtsxe-Cavaxeti bölgələrinə iddiaları, “Gürcülərsiz Gürcüstan”, “Gürcüstanda Ermənistan” layihələri vəAcarıstana, Tbilisi şəhərinə, Borçalıya iddiaları, azərbaycanlılar əleyhinə fəaliyyətləri, XX əsrin sonlarında ermənilərin Borçalıda azərbaycanlı – gürcü münasibətlərini pozmaq cəhdləri öyrənilib.

 

Gürcüstan ərazisindəki gürcü, alban və qıpçaq abidələrinin erməniləşdirilməsi, Qriqorian kilsəsinin Gürcü Avtokefal Apostol kilsəsini özünə tabe etmək cəhdləri IX fəsildə konkret mənbə və faktiki materiallar əsasındaaraşdırılıb.

 

Əsərin  X fəslində gürcü tarixinin saxtalaşdırılması, toponimlərin və görkəmli şəxsiyyətlərin erməniləşdirməsisəyləri tədqiqat edilib. Erməni “tədqiqatçıları” bildirirlər ki, gürcülər görkəmli tarixi şəxsiyyətlər yetişdirə bilməzlər və tanınmış gürcülərin hamısı guya erməni əsillidirlər.

 

XI fəsildə gürcü soyadları,  dili, əlifbası, musiqisi və mətbəxinin erməniləşdirilməsi cəhdləri təhlil edilib.

 

Məlum olduğu kimi, Ermənistan və erməni təşkilatlarının başlıca məqsədlərindən biri Gürcüstan – Azərbaycan münasibətlərini pozmaqdır. Ona görə də əsərin XII fəslində onların istifadə etdikləri üsullar, eyni zamanda Gürcüstanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda gürcülərin və azərbaycanlıların birlikdə çiyin-çiyinə mübarizə aparması məsələləri tədqiq olunub.

 

 Əldə olunan ümumiləşdirilmiş elmi nəticələr Azərbaycan,ingilis və rus dillərində əsərin nəticə hissəsində verilib.

 

Qafqazşünas bakalvar, magistr, doktorant və dissertantlar,  eləcə də siyasətçilər, diplomatlar və erməni – gürcü münasibətləri ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərin elmi redaktorları AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı və institutun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, rəyçiləri siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, tarix elmləri doktoru Qasım Hacıyev və siyasi elmlər doktoru, dosent Ramilə Dadaşovadır.

 

Günel Musayeva,

AMEA Qafqazşünaslıq İnstitutunun Tərcümə, nəşr və informasiya

şöbəsinin müdiri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi