Modern.az

Çeçenistan çalxalandı

Çeçenistan çalxalandı

13 Dekabr 2020, 17:27

Çeçenistanda son sutka ərzində 4 dəfə zəlzələ olub.

 

Modern.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi ilk zəlzələnin yerli vaxtla saat 00.30-da qeydə alındığını açıqlayıb.

 

Ocağı Urus-Martan rayonunda 25 km dərinlikdə yerləşən 5,6 maqnitudalı zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

 

Saat 12.15 radələrində 3,7 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı Qroznıdan 45 km cənub-şərqdə, Urus-Martandan 22 km cənubda 10 km dərinlikdə yerləşib.

 

Saat 14.40 radələrində Urus-Martan rayonunda 4,1, saat 15.08 radələrində isə 3,1  maqnitudalı zəlzələlər qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi