Modern.az

Vətəni yaşadanlar - VİDEO

Vətəni yaşadanlar - VİDEO

Aktual

13 Dekabr 2020, 21:05

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq - öz yurduma öz hakimliyim.

 

Bəxtiyar Vahabzadənin qələmə aldığı misralarda deyildiyi kimi "vətəninin hər daşında bayrağın dalğalanırsa, demək sən ona hakimsən".

 

30 il həsrətdən sonra Azərbaycanlılar Qarabağa geri döndü. Azərbaycan əsgəri ayaq basdığı hər yerə zəfər bayrağını sancdı.

 

Bayraq and yerimizdir, igidlərimiz öz andlarına sadiq qalaraq canlarını Vətən uğrunda fəda etdilər. Üç rəngli şanlı bayrağımız azad olunmuş torpaqlarda 2783 şəhidin al qanı hesabına dalğalanır.

 

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu öz şücaət və məharətini düşmənə bir daha göstərdi.

 

2783 - Azərbaycanın qəhrəmanlıq, müstəqillik simvoludur.

 

Modern.az mövzu ilə bağlı videonu təqdim edir.

  

Müəllif: Könül Hüseynova

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi