Modern.az

Formula-1 üzrə Abu-Dabi Qran Prisinin qalibi müəyyənləşdi

Formula-1 üzrə Abu-Dabi Qran Prisinin qalibi müəyyənləşdi

Aktual

13 Dekabr 2020, 20:26

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Abu-Dabi Qran Prisinin qalibi olub.

 

Modern.az xəbər verir ki, yarışı ikinci yerdə "Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas, üçüncü yerdə isə onun komanda yoldaşı britaniyalı Lyuis Hemilton başa vurub.

 

"Formula-1" üzrə Abu-Dabi Qran Prisi cari mövsümün sonuncu mərhələsi idi. Xatırladaq ki, Türkiyə Qran Prisində birinci yeri tutan L.Hemilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi