Qəbələdə iki avtomobil toqquşub.
Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nohurqışlaq kəndində "BMW" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.