Modern.az

Dünyada koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusla bağlı son STATİSTİKA

14 Dekabr 2020, 09:40

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 72 milyon 646 min 648 nəfərə çatıb.

 

Modern.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 618 min 908 nəfərdir. İndiyədək 50 milyon 864 min 820 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. 

 

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

 

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi