Modern.az

Baş Prokurorluqdan “YAŞAT” Fonduna dəstək

Baş Prokurorluqdan “YAŞAT” Fonduna dəstək

14 Dekabr 2020, 10:46

Baş Prokurorluq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin “YAŞAT” Fonduna  ianə verilməsi qərarına gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi