Modern.az

Rüstəm Muradov Hadrutdakı təxribatdan DANIŞDI

Rüstəm Muradov Hadrutdakı təxribatdan DANIŞDI

14 Dekabr 2020, 10:52

“Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib”.

 

Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bu gün keçirdiyi brifinqdə deyib.

 

“Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb”, - o deyib.

 

R.Muradovun sözlərinə görə, indi durum sakitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir, həmçinin Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə əlaqədədirlər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi