Modern.az

 5 şəhər və 12 rayonun giriş-çıxışında postlar qurulub - RƏSMİ

 5 şəhər və 12 rayonun giriş-çıxışında postlar qurulub - RƏSMİ

14 Dekabr 2020, 15:36

Dekabrın 14-dən etibarən sərtləşdirilmiş karantin elan olunan 5 şəhər və 12 rayonun giriş-çıxışında postlar qurulub.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

 

O bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həmin ərazilərə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb:

 

“Eyni zamanda, həmin şəhər və rayonların daxilində yerləri dəyişdirilə bilən mobil postlar fəaliyyət göstərir. Ərazi üzrə xidmətdə olan əməkdaşlar postlar təşkil edərək, hərəkətdə olan vətəndaşların icazəsi olub-olmadığını yoxlayırlar.

 

Yoxlamlar karantinin sərtləşdrildiyi şəhər və rayonların daxilindədir”.

 

Qurum rəsmisinin sözlərinə görə, insanlar zərurət olmadan evdən çıxmamalıdırlar:

 

“Vətəndaşlar 8103-dən, e-tabib saytından təsdiq mesajı aldıqdan, eyni zamanda fəaliyyətinə icazə verilən şəxslər “icaze.e-gov.az”saytında qeydiyyatdan keçdikdən sonra hərəkət edə bilərlər”.


N.Piriyev qeyd edib ki, sərtləşmə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun bütün ərazisinə, Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarının isə mərkəzinə aiddir. Bu rayonların kənd və qəsəbələrində hərəkət məhdudiyyəti tətbiq edilmir. Vətəndaşlar xüsusi icazə almadan hərəkət edə bilərlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi