Modern.az

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

14 Dekabr 2020, 23:55

Azərbaycanda tanınmış cərrah-həkim Elman Həsənov vəfat edib.

 

Modern.az xəbər verir ki, E.Həsənov koronavirus səbəbindən 50 yaşında dünyasını dəyişib.

 

Bir müddət əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, E.Həsənov 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi çalışırdı. E.Həsənov cənub bölgəsində peşəkar cərrah kimi tanınır. Həmçinin Vətən müharibəsi dövründə yaralılara tibbi xidmət göstərib (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi