Modern.az

Futbolda 31:0 hesablı qələbə

Futbolda 31:0 hesablı qələbə

15 Dekabr 2020, 00:40

“Real”ın U-9 komandası “Villavarde” klubunu 31:0 hesabıyla məğlub edib.

 

Modern.az xəbər verir ki, “kral klubu” rəqibinə hörmət məqsədiylə oyunun nəticəsini rəsmi saytında qeyd etməyib.

 

Lakin “Villavarde” klubu sosial şəbəkə hesabında oyunun nəticəsini paylaşaraq, “Real”ı tənqid edib. Paylaşımda bunlar da qeyd olunub:

“Aşağı yaş qruplarında qeydə alınan belə nəticələrə qəzəbimizi göstərmək istəyirik. Böyük klublar aşağı yaş qruplarında belə nəticələrdən çəkinməlidirlər. Bundan başqa, federasiya da liqaların təşkilini yenidən nəzərdən keçirməlidir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi