Modern.az

Koronavirusla bağlı son RƏQƏMLƏR

Koronavirusla bağlı son RƏQƏMLƏR

15 Dekabr 2020, 09:40

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 73 milyon 190 min 427 nəfərə çatıb.

 

Modern.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 627 min 900 nəfərdir. İndiyədək 51 milyon 324 min 489 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

 

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

 

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi