Modern.az

"Qalatasaray" 1/8 finala yüksəldi

Aktual

16 Dekabr 2020, 00:10

Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinə start verilib.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

 

Evdə II liqa təmsilçisi "Darıca Gənclərbirliyi" ilə üz-üzə gələn "Qalatasaray" minimal hesablı qələbə qazanıb. 44-cü dəqiqədə Yunes Belandanın penaltidən vurduğu yeganə qol İstanbul klubunu 1/8 finala yüksəldib.

"Qalatasaray"la yanaşı, "Kasımpaşa", "Rizespor", "Yeni Malatyaspor" və "Bursaspor" da növbəti mərhələyə vəsiqə qazanıblar.

 

Qeyd edək ki, 1/16 final mərhələsinin digər oyunları 16-17 dekabrda gerçəkləşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi