Modern.az

Muxtar Babayev idarə rəisini işdən çıxardı

Muxtar Babayev idarə rəisini işdən çıxardı

16 Dekabr 2020, 00:53

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini tutduğu vəzifədən azad edib.



Modern.az xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinin rəisi Mübariz Vəliyev tutduğu vəzifədən azad edilib. M. Vəliyev 2016-cı ildən bu vəzifəni tuturdu.

 

Qeyd edək ki, 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsi Sumqayıtda yerləşir. İdarə Xızı, Abşeron, Qobustan rayonlarını və Sumqayıtı şəhərini əhatə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et