Modern.az

Koronavirus pandemiyası 2021-ci ildə bitəcək - Baş nazir

Koronavirus pandemiyası 2021-ci ildə bitəcək - Baş nazir

16 Dekabr 2020, 00:59

Kanadanın baş naziri Castin Trüdo hesab edir ki, yeni növ koronavirus (COVİD-19) pandemiyası 2021-ci ildə bitəcək.

 

Modern.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.

 

C.Trüdo deyib: "Çox uzun bir il oldu, ancaq 2021-ci ildə bu pandemiya sona çatdıqda sizinlə birlikdə bunu qeyd edə bilərik. Biz vaksinlərin hazırlanması ilə pandemiyanın sonunu görürük".

 

Baş nazir qeyd edib ki, pandemiya davam etdiyi müddətdə kanadalılar özlərini qorumalıdırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et