Modern.az

Şaxta baba 118 nəfəri koronavirusa yoluxdurdu

Şaxta baba 118 nəfəri koronavirusa yoluxdurdu

Aktual

16 Dekabr 2020, 11:15

Belçikada qocalar evini ziyarət edən “Şaxta baba” 118 nəfərin yeni növ koronavirusa yoluxmasına səbəb olub.

 

Modern.az xəbər verir ki, hadisə Antverpen şəhərində qeydə alınıb. Milad ərəfəsində keçirilən kiçik bayram şənliyinə “Şaxta baba” obrazında gələn şəxsin “COVID-19” xəstəsi olduğu ortaya çıxıb.

 

Əvvəlcə onun təmasda olduğu 45 qocalar evi sakini virusa yoluxub. Bu say daha sonra artaraq 118-ə yüksəlib.

 

Siyahıya qocalar evində çalışan 20 əməkdaş da daxildir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi