Modern.az

Aqrar İnkişaf Könüllüləri ağacəkmə kampaniyasına başlayır

Aqrar İnkişaf Könüllüləri ağacəkmə kampaniyasına başlayır

16 Dekabr 2020, 12:28

 

Aqrar İnkişaf Könüllüləri Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasına başlayıb.

 

Modern.az xəbər verir ki, aksiya Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı ilə əməkdaşlıq çərçivəsində keçirilir.

 

Könüllülər hər rayonda həmin rayondan olan şəhidlərin sayı qədər ağac əkməyi planlaşdırırlar. 2783 xatirə ağacının əkiləcəyi kampaniyanın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi