Modern.az

Qusarda qanunsuz işləyən oyun zalı müəyyən edildi

Qusarda qanunsuz işləyən oyun zalı müəyyən edildi

16 Dekabr 2020, 15:13

Qusarda karantin qaydalarını pozan oyun zalı aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.

 

Obyektə baxış zamanı 7 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları müəyyən edilib. Obyektin sahibi Yarəhməd Pənahov və müştərilər saxlanılaraq RPŞ-nə gətiriliblər.

 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi