Rusiya Qarabağa 54 vaqon humanitar yardım göndərib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yardımın ümumi həcmi 1200 ton təşkil edəcək.
“Qarabağa humanitar yardımla dolu 54 dəmir yolu vaqonu göndərmişik. Onlar yaxın günlərdə əraziyə çatacaq”- deyə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib.
Bundan başqa, Rusiya tərəfinin yardımı ilə 30 ev də təmir olunub.