Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Babayev Orxan Sədail oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, O.Babayev 1994-cü ildə Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.

 

O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.