Modern.az

Ronaldo penaltini qaçırdı, “Yuventus” xal itirdi

Ronaldo penaltini qaçırdı, “Yuventus” xal itirdi

17 Dekabr 2020, 00:08

Dekabrın 16-da futbol üzrə İtaliya A Seriyasının 12-ci turunun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, turun maraq doğuran görüşü “Alianz” stadionunda oynanılıb. Son çempion “Yuventus” öz meydanında “Atalanta” komandasını qəbul edib.

 

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı meydan sahibləri matçın 29-cu dəqiqəsində açıb. Federik Kieza Rodriqo Bentankurun ötürməsini qola çevirib.

Fasilədən sonra hücumların kəsərin artıran “Atalanta” hesaba tarazlıq gətirib. Oyunun 57-ci dəqiqəsində Remo Froiler fərqlənib.

Qarşılaşmanın 67-ci dəqiqəsində turinlilər yenidən hesabda önə keçə bilərdilər, lakin hakimin təyin etdiyi penaltini Kriştiano Ronaldo dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, turun mərkəzi qarşılaşmalarından sayılan görüşdə qalib müəyyənləşməyib.

 

Bu nəticədən sonra xal ehtiyatını 24-ə çatdıran “Yuventus” turnir cədvəlində üçüncü, “Atalanta” isə 18 xalla 8-ci yerdə qərarlaşıb.

Turun digər görüşündə “Latsio” klubu səfərdə “Benevento” ilə bacara bilməyib (1:1), “Udineze” - “Krotone” oyununda hesab açılmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et