Modern.az

Putin ənənəvi illik mətbuat konfransı keçirəcək

Putin ənənəvi illik mətbuat konfransı keçirəcək

17 Dekabr 2020, 10:10

Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də ənənəvi mətbuat konfransı keçirəcək.

Modern.az-ın məlumatına görə, Putinin hər il ilin sonunda belə tədbir keçirməsi ənənə xarakteri alıb.

COVID-19 pandemiyasına görə Putin konfransa Novo-Oqaryovodakı iqamətgahından qoşulacaq. Yerli və xarici media təmsilçiləri Moskvadakı Dünya Ticarət Mərkəzində olacaq, region mediası ilə videolink vasitəsilə əlaqə yaradılacaq.

Kremlin məlumatına görə, Rusiya və xaricdən 700-dən çox jurnalist tədbirə akkreditə olunub. Bu mətbuat konfransı adətən bir neçə saat çəkir.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et